Мой сайт Cuma gununuz mubarak!, 26.04.2024, 01:33
Приветствую Вас Гость | RSS
Меню сайта

Категории каталога
1 olan Allah [2]
Namaz [1]
Islamda asl namaz necadir?
Dastamaz [0]
Dastamazin alinma qaydasi
14 mesum [2]

Мини-чат
200

Наш опрос
Saytimizi neca dayarlandirirsiz?
Всего ответов: 36

Главная » Статьи » Namaz

Dastamaz
Bildiyimiz kimi, dastamaz namazın müqaddimati işlarindan biridir. “Maida” surasinda bu haqda buyurulur: يَا اَيُّهَا الَّذينَ آمَنُوا اِذاقُمْتُمْ اِليَ الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ اَيْدِيَكُمْ اِليَ الْمَرافِقِ وَ امْسَحُوا بِرُوُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِليَ الْكَعْبَيْنِ “Ey iman gatiranlar! Namaz üçün ayağa qalxdıqda, üzünüzü va allarinizi - dirsaya qadar - yuyun, başınıza va ayaqlarınıza ka`beyna qadar mash edin.” Birinci cümlada “aydi” sözü işlanmişdir. Bu söz arab dilinda “al” sözünün cam formasıdır. “Yad” sözü arab dilinda müxtalif ma`nalarda işladilir. Masələn: bə`zi vaxtlar yalnız barmaqlara, bə`zi vaxtlar biləkdən barmaqlara qədər olan hissəyə, bə`zi vaxtlar dirsəkdən barmaqlara qədər yerə və bə`zi vaxtlar da çiyindən aşağıyə (qola) deyilir. Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək hissəsi yuyulmalı olduğundan, Qur`ani-kərim “iləl-mərafiq” sözünü bu üzvün nə qədər yuyulmasınıi tə`yin etmək üçün buyurmuşdur. Deməli, “iləl-mərafiq” ifadəsindəki “ila” sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı tə`yin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələnæ həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir. Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də “Maidə” surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür: 1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun. 2-Baş və ayaqlarınıza kə`bəynə qədər məsh çəkin. Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz “bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir” deyə cavab verəcəkdir. Ərəb qrammatikasına əsasən, “ərcüləkum” (ayaqlarınıza) sözü “və” bağlayıcısı vasitəsilə “birüusikum” (başlarınıza) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mə`nası ifadə olunmalıdır. Həmçinin (ayaqlarınız) sözünü heç vaxt “əydiyəkum” (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mə`tuf (yə`ni “və ərcüləkum” kəlməsi) ilə mə`tufun-əleyh (yə`ni “və əydiyəkum” kəlməsi) arasında mö`tərizə cümləsi olan “fəmsəhu birüusiküm” gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mə`nanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə “ərcüləkum” kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə ərcüləkum” qollarınız, kəlməsi, “birüusikum” - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt (əleyhimussalam)-dan nəql olunmuş mö`təbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: “Ğəslətani” – iki üzvü yumaq və “məshətani” - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (əleyhissalam) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt (əleyhimussalam) imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı mə`lumat qeyd olunmuşdur./az.icro.ir/
Категория: Namaz | Добавил: scorpion (19.06.2008)
Просмотров: 1684 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Поиск

Друзья сайта
Имам Махди аль-Мунтозор Д.А.Е.П. media-islam بسم الله الرحمن الرحيم 
(САЙТ ШИИТОВ ИМАМА АЛИ(мир ему!). bizim-genclik.com Kurtlar Vadisi Pusu

Статистика

Cami online: 1
Qonaqlar: 1
Istifadecilar: 0

Copyright MyCorp © 2024